İngilis dili fənnindən məktəbdaxili qiymətləndirmə keçirildi
24 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan bölməsinin 10 “a”, 10 “b” və Rus bölməsinin 10 “ç” sinfində ingilisi dili fənnindən məktəbdaxili qiymətləndirmə keçirildi. Qiymətləndirmə tapşırığı 2 varinat olmaqla 20 sualdan ibarət test tapşırıqları idi. Test tapşırıqları məktəbin fənn müəllimləri tərəfindən hazırlnamışdı. Tapşırıqlar tədris proqramına uyğun tərtib edilmişdir. Nəticələr qısa müddətdə yoxlanılacaq şagirdlərə və valideynlərə çatdırılacaq, nəticələr təhlil olunub, müzakirə ediləcək və müvafiq tədbirlər görüləcək.