Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Gözlərə nur verən mələk” adlı tədbir keçirildi
23 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tibb elminin oftalmologiya sahəsində görkəmli alim, elm təşkilatçısı və ictimai xadim, tibb elmləri doktoru, professor, Əməkdar Elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasımn həqiqi üzvü, akademik M.İ.Averbax adına mükafatın laureatı akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95 illik yubiliyinə həsr olunmuş Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gözlərə nur verən mələk” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açdı. Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva akademik Zərifə Əliyeva haqqında ətraflı məlumat verdi. Xətai rayonu 9 nömrəli Uşaq Poliklinikasının baş həkimi Aidə Hüseynzadə akademikin iş təcrübəsindən və tibb sahəsində göstərdiyi fədakarlıq, qazandığı uğurlar barədə məruzə ilə çıxış etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şirindil Əhmədov akademik Zərifə Əliyevanın göstərdiyi xeyirxah əməllərindən, təhsilə verdiyi töhvələrdən, tibb elminin inkişafında göstərdiyi xidmətlərdən danışdı. Akademik Zərifə Əliyevanın həyatına həsr olunmuş videoçarx nümayiş olundu. Ədəbi-bədii hissədə şagirdləimizin ifasında şeir və mahnı səsləndirildi. Tədbirin sonunda şagirdlərin ifasında “Vals” ifa edən balaca şagirdlərin iştirakı ilə “Gözlərə nur verən mələyə”- akademik Zərifə Əliyevanın xatirəsinə sevgi əlaməti olaraq havaya 95 şar buraxıldı.