“Obrazlara sözüm var” adlı dərs keçirildi

“Oxu günü” ilə əlaqədar olaraq 20 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə sinif rəhbəri Elnarə Sultanovanın rəhbərliyi ilə 1 “c” sinfində “Obrazlara sözüm var” adlı dərs keçirildi. Dərsi reallaşdırmaq üçün şagirdlərə “Bir parça çörək” adlı mətn işçi vərəqlərində paylanıldı. Məqsəd şagirdlərin oxuduqları obrazlara münasibət bildirməsi həmin obrazların yerində olaraq özlərinin necə hərəkət edəcəyini müəyyənləşdirmək idi. Məqsədi reallaşdırmaq üçün mətnlə bağlı tapşırıqlar şagirdlər tərəfindən icra olundu. Onlar əsərin obrazlarından biri olan Eldarı Alabaşı aldadıb çörək vermədiyi üçün tənbeh etdilər. Alabaşa isə qəflətən qarşısına düşən çörəyi yemədiyi üçün “afərin” dedilər. Şagirdlər mövzu ilə bağlı illustrasiyalarda təqdim etdilər. Dərsin sonunda tanış olduqları digər əsər qəhrəmanlarına da öz məsləhətlərini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi