Nənəm nağıl danışır

Söyüdün yarpaqları yaşıl

Göydə ulduzlar sayrışır

Adamın ağlı çaşır

Nənəm nağıl danışır.

“Oxu günü” ilə əlaqədar olaraq 20 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1 “b” sinfində sinif rəhbəri Lamiyə Qasımova və şagirdləri birlikdə nağıllar aləminə səyahət etmişdilər. Proqramdakı  “Umumiləşdirici tapşırıqlar” mövzusuna uyğun olaraq dərs qeyri-adiliyi ilə fərqləndi. Belə ki, müəllim nənə obrazına girərək şagirdlərinə - nəvələrinə “Qoğal” nağılını oxudu. Nənə nağıl oxuduqca uşaqlara suallar verir, müxtəlif və maraqlı cavablar alırdı. Dekorasiya elə qurulmuşdur ki, doğrudan da bir kənd evini – nənənin otağını xatırladırdı. Daha sonra şagirdlər nağılı səhnələşdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi