X sinifdə riyaziyyat fənnindən məktəbdaxili qiymətləndirmə keçirildi
16 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 10 “a” sinfində riyaziyyat fənnindən məktəbdaxili qiymətləndirmə keçirildi. Qiymətləndirmə tapşırığı 2 variantlı 15 sualdan ibarət idi. Testlər 10-cu sinif tədris proqramına uyğun məktəbin fənn müəllimləri tərəfindən tərtib olunmuşdu. İmtahan 45 dəqiqə davam etdi. 45 dəqiqə ərzində şagirdlər 15 sualı cavablandırmağa çalışdılar. Suallar həm qapalı həm də açıq formada idi. Nəticələr qısa müddətdə yoxlanılıb şagirdlərə və valideynlərə məlumat veriləcək, təhlil olunub müvafiq tədbirlər görüləcək.