Birincilər Gənc Tamaşaçılar Teatrına getmişdilər

14 aprel 2018 tarixdə 1 “b” sinif şagirdləri sinif rəhbəri Lamiyə Qasımovanın təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrına getmişdilər. Şagirdlər Gənc Tamaşaçılar Teatrında “Buratinonun macəraları” tamaşasını izləmişdilər. Nağılda baş verən macəralar şagirdlərin diqqətini cəlb etmiş, onlar tənha qocanın oduncaqdan adam düzəltməyini, onun canlı insana çevrilməyini maraqla seyr etmişdilər. Uşaqlar gördülər ki, Buratino onu yaradan Karlo atasına sadiq qalır, məktəbdə oxumağına söz verir. Onlar bir daha o nəticəyə gəlirlər ki, həyatda zəhmət, ağıl insanın ən yaxın dostu olmalıdır. Böyüklərə hörmət etmək, onların məsləhətlərini eşitmək həmişə uşaqların yoluna işıq saçır.

Növbəti dərsdə şagirdlər baxdıqları tamaşanın qəhrəmanlarını özlərinin yaratdıqları nağılın personajları edib yeni nağıl yaratmış və səhnələşdirmişdilər.

Daha sonra sinifdə “Teatr özü bir məktəbdir” başlığı altında guşə yaradılmışdır. Şagirdlərin tamaşadan xatirə olaraq çəkdirdikləri və tamaşa obrazlarını əks etdirən şəkillər guşədə yer almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi