“Riyaziyyat elmlərin şahıdır” adlı bilik yarışması keçirildi

16 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 7 “a”, 7 “b”, 7 “c” sinifləri arasında riyaziyyat fənnindən  “Riyaziyyat elmlərin şahıdır” adlı bilik yarışması keçirildi. Yarış üç mərhələdə oldu. Birinci mərhələdə cəbrdən, ikinci mərhələdə həndəsədən, üçüncü mərhələdə isə məntiq məsələləri təqdim olundu. Bütün komandalar aktiv iştirak edirdi. Yarışın sonunda qalib gələn komandaya fəxri fərman və hədiyyələr təqdim olundu.

Bilik yarışmasında məktəbin direktoru Zemfira Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, metodbirləşmə sədrləri, müəllimlər, sinif rəhbərləri, valideynlər  və şagirdlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi