Azərbaycan tarixi fənnindən məktəbdaxili qiymətləndirmə keçirildi
13 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsinin 5 “a” sinfində Azərbaycan tarixi fənnindən məktəbdaxili imtahan keçirildi. İmtahan tapşırıqları 15 sual və 2 variant olmaqla keçilmiş tədris proqramı əsasında məktəbin fənn müəllimləri tərəfindən hazırlanmışdı. Nəticələr qısa müddətdə yoxlanılacaq şagirdlərə və valideynlərə məlumat veriləcək, təhlil olunub müvafiq tədbirlər görüləcək.