“And içirik!” adlı tədbir keçirildi
13 aprel 2018 – ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə “And içirik” adlı “Lələ təpənin” azad olunmasının ikinci ildönümünə həsr edilmiş ədəbi – bədii tədbir keçirildi. Tədbirə II Dünya Müharibəsi veteranları, Qarabağ qaziləri, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və digər təşkilatlardan qonaqlar dəvət olunmuşdu.
Tədbirin məktəbimizdə keçirilən digər tədbirlərdən fərqi və özəlliyi ondan ibarət idi ki, bu dəfə iki zəfər bir arada qeyd olunurdu. Tədbir Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə həsr olinmuş videoçarx nümayiş olunmaqla başladı. Xalqın doğru seçimi müharibə veteranlarının dilindən bir daha səsləndi. İlham Əliyevin düzgün siyasəti və gələcək nəsillərin vətənpərvər ruhda tərbiyələnməsi nəticəsində Cıdır düzündə “Qarabağ şikəstəsi”nin sədaları altında tezliklə qələbə bayramının qeyd olunmasını çıxış edənlər vurğuladı.
Tədbirdə kiçik yaşlı şagirdlərin idmanın müxtəlif növlərinə aid göstərdikləri fəndlər ölkəmizdə “Lələ təpə” uğrunda savaşan və şəhid olan igidlərin davamçılarının yetişməsinə nümunədir. Milli qəhrəman “Lələ təpə” uğrunda döyüşən Kamil Musəvinin çıxışı isə tədbirə qatılanları qürurlandırdı və duyğulandırdı. Zaldakı çoxsaylı bayraqları şagirdlər seçkilərin qalibi İlham Əliyevin və “Lələ təpə”zəfərinin şərəfinə başları üstünə qaldıraraq, bir daha “Biz Qarabağa qayıdacağıq” şüarını səsləndirdilər. Tədbirin sonunda şagirdlər və zaldakı qonaqlar “Zəfər marşını” səsləndirdilər.
Vətənpərvərlik ruhunda silsilə tədbirlərin keçirilməsi, tədrisin keyfiyyətinin yüksəslməsi, güclü nizam – intizamın yaranması məktəbin direktoru Z. Məsiyevanın fəaliyyətinin nəticəsidir. Onun atdığı addımlar dövlətimizə və dövlətçiliyimizə şərəf gətirir. Çünki vətənpərvərliyimizi və milliliyimizi təbliğ edən tədbirlər bir başa onun rəhbərliyi altında baş tutur.
Nəhayət, Cənab Prezident, biz sizin siyasətinizlə tezliklə Qarabağa qayıdacağıq!!!!