Operativ hafizə
12 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6 “a” sinif şagirdləri ilə "Operativ hafizə" adlı psixoloji test keçirildi. Şagirdlərimizə öncə qısamüddətli və uzunmüddətli hafizə haqqında məlumat verildi, daha sonra isə hafizəni gücləndirmək üçün diqqətimizi necə toparlamalıyıq barəsində məlumat verildikdən sonra testə başlanıldı. Testin nəticəsinə əsasən operativ hafizə zamanı diqqətin böyük rol oynadığını və bunları gündəlik dərslərində də istifadə edə biləcəkləri haqqında söhbət aparıldı.