Tarix fənni üzrə məktəbdaxili qiymətləndirmə keçirildi
06 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5ç, 5d, 7ç, 7d sinif şagirdləri ilə tarix fənni üzrə məktəbdaxili qiymətləndirmə keçirildi. Testlər 15 sualdan, 2 variantdan ibarət idi. Test sualları keçirilən mövzuları əhatə edirdi. Test tapşırıqları məktəbin müəllimləri tərəfindən hazırlanmışdı. Test keçirməkdə məqsəd şagirdlərin keçirilən mövzuları necə mənimsədiklərini öyrənməkdir. Test tapşırqlarının cavabları qısa müddət ərzində yoxlanılıb şagirdlərə, valideynlərə məlumat veriləcək, nəticələr təhlil olunub müvafiq işlər görüləcək.