Aprel döyüşlərinə həsr olunmuş inşa yazı və rəsm müsabiqəsi keçirildi

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 2016-cı ilin Aprel döyüşlərinin ikinci ildönümünə münasibəti ilə inşa yazı və rəsm müsabiqəsi  keçirildi. Bu müsabiqədə məktəbin ibtidai sinif şagirləri iştirak edirdi. Şagirdlər Aprel düyüşləri barədə fikirlərini, düşüncələrini inşa yazısında bildirdilər, çəkdikləri rəsmlərdə qələbə sevinclərini əks etdirdilər. İnşa yazı və rəsm müsabiqəsində şagirdlər Azərbaycan Ordusu ilə qürur duyduqlarını, Azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildirdilər. Böyük qəlbənin çox uzaqda olmadığını bildirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə Vətənpərvərlik hissini daha da yüksəltmək, Azərbaycan Ordusunun düşmən üzərində inamlı qələbəsini xatırlamaq idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi