Məntiq olimpiadasına hazırlıq
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi , diqqət, qavrama kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərin artırılmasına təkan vermək, keçiriləcək “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”na hazırlıq məqsədilə Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6 və 7-ci siniflərində məntiq üzrə test tapşırıqları aparıldı. Test tapşırıqları iki variant olmaqla 30 sualdan ibarət idi. Test tapşırıqları qısa müddət ərzində yoxlanılacaq və şagirdlərə məlumat veriləcək. Nəticələr təhlil edilib müzakirə olunacaq.