“Sifət” mövzusunda “Açıq dərs” keçirildi
Bakı şəhəri, Xətai rayonu Zaur Məmmədov adına 171 №-li tam orta məktəbdə 08 yanvar 2018-ci il tarixdən başlayaraq məktəbdə “Təhsildə İnnovativ texnologiyalar” adlı layihə həyata keçirilmişdir. Bu layihənin hesabatı olaraq 14 mart 2018-ci il tarixdə məktəbdə layihədə iştirak edən müəllimlərin təkmilləşməsi istiqamətdə hesabat xarakterli silsilə “Açıq dərslər” keçirilmişdir. “Açıq dərs”lərin keçirilməsi məktəbin direktoru Məsiyeva Zemfira xanımın şəxsən iştirakı ilə olmuşdur. Bu layihədə iştirak edən müəllimlərdən biri də rus bölməsində fəaliyyət göstərən 3 d sinfinin sinif rəhbəri Sevda Nağıyeva rus dili fənnindən “Sifət” mövzusunda “Açıq dərs” nümayiş etdirmişdir. Sevda Nağıyeva şagirdlərə təqdim etmək üçün maraqlı iş vərəqləri, çox rəngarəng, maraqlı, düşündürən slaydlarla təqdimat hazırlamışdı. Şagirdlər 4 qrupa bölünərək qrupların adlarını da mövzuya uyğun ismin necəliyini bildirən sifətlərlə adlandırmışdılar. Dərsin mərhələləri düzgün və dolğun idi. Mövzunun mənimsənilməsini bir daha möhkəmlətmək üçün şagirdlərə maraqlı yaradıcı tədbiqetmə tapşırıqlar da verildi. Tapşırıqlarda müxtəlif heyvan şəkilləri verilərək həmin heyvana xas çoxlu sifətlə bağlı söz birləşmələri yazıb və bir neçə cümlədə işlətməli idilər.
İbtidai siniflər üzrə metodbirləşmə sədri Bilalova Nüşabə mentor kimi fəaliyyət göstərən İslamova Gülnarə və bir necə müəllim də bu dinləmədə iştirak etmişdilər. Dərsin icmalı bir neçə nüsxədə çap olunaraq dinləyənlərə təqdim olunmuşdur.