Şahmat yarışı
Xətai rayonu Z.Məmmədov adına 171 saylı tam orta məktəbdə 12 fevral 2015-ci il tarixdə keçirilmiş məktəbdaxili Şahmat yarışının nəticələri barədə.Məktəbin direktoru Qasımov Rövşən Məmməd oğlu tərəfindən 12-17 fevral 2015-ci il tarixində V-X sinif şagirdləri arasında şahmat yarışı keçirilməsi tövsiyə olundu və bildirildi ki, qalib sonda məktəb direktoru ilə final oyunu oynayacaq.Yarışın keçirilməsi, məktəbin təşkilatçısı S.F.Əhmədovaya və məktəbin şahmat müəllimi E. Kərimova həvalə olundu. Yarışa 104 nəfər şagird qatıldı. Yarış üç mərhələdən ibarət oldu. Üçüncü mərhələyə 6 şagird keçdi. 17 fevral tarixində final oyunu oynanıldı və məktəbin 6d sinif şagirdi Balabəyov Süleyman Əhməd oğlu qalib oldu. Yarışın qalibi 25 fevral tarixində məktəb direktoru R.M. Qasımovla final oyunu oynadı. Qalib S.Ə.Balabəyov və digər şagirdlər: II yerin qalibi 5c sinif şagirdi Bayramlı Nigar Səbuhi qızını və III yerin qalibi 5c sinif şagirdi Mikayılov Cavid Kamal oğlunu Novruz bayramı ərəfəsində məktəbdə keçiriləcək tədbirdə mükafatlandırmaq qərara alınıb.