“Susmaram...” adlı tədbir keçirildi
1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06.03.2018-ci il tarixili F-122 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 30 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Susmaram ...” adlı tədbir keçirildi. Tədbirdə Xətai rayonu İcra Hakimiyəti başçısının müavinləri Jalə Abdıyeva, Etibar Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Xətai YAP nümayəndəsi Yeganə Qurbanova, Xətai rayon məktəb direktorları, Xətai rayon Veteranlar Cəmiyyətinin sədri və cəmiyyət üzvləri, media nümayəndələri, valideynlər, müəllimlər, şagirdlər iştirak etdilər. Tədbirdə rəsmi hissədən sonra şagirdlərimizin hazırladıqları ədəbi-bədii kompozisiya, soyqırıma həsr olunmuş videoçarx nümayiş olundu. Sonda şagirdlərin ifasında səsləndirilən vətənpərvər mahnılar qonaqlar tərəfindən alqışlarla qarşılandı.