31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film nümayiş etdirildi
1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06.03.2018-ci il tarixili F-122 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 29 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kiçik akt zlında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film nümayiş etdirildi. İlk olaraq şagirdlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çıxış etdilər, hazırladıqları plakatları, rəsmləri nümayiş etdirdilər. Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film nümayiş etdirildi.
Məktəbin direktoru Zemfira Məsiyeva tədbir iştirakçıları qarşısında çıxış edərək 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məlumat verdi və tariximizi unutmamağa çağırdı.
Tədbir iştirakçıları sonda Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.