“Novruz bayramı” mövzusunda “Açıq dərsi” keçirildi
14 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4 b sinfində Səmi Musa-zadə təsviri incəsənət fənnindən “Novruz bayramı” mövzusunda “Açıq dərsi” keçirdi. Dərsin məqsədi şagirdlərə Novruz bayramı haqqında biliklər aşılamaq, keçmişdən bu günə qədər gəlib çıxmış adət-ənənələrimizi, oyunlarımızı, mərasim və nəğmələrimizi yada salmaq, həmçinin rəssamların yaradıcılığında öz əksini tapmış Novruz təsvirləri ilə tanış olmaq idi. Bunun üçün dərsin motivasiya mərhələsində şagirdlərə Novruz bayramına aid şəkillər göstərildi. Şagirdlər Novruz bayramına aid bildiklərini söylədikdən sonra qruplara ayrıldı. Şagirdlər Novruz bayramına aid müxtəlif şəkilləri rəngləməklə yanaşı digər tapşırıqları da yerinə yetirdilər. Qrup rəhbərləri öz işlərini təqdim etdikdən sonra rəssamlar və onların yaradıcılığı ilə tanış oldular. Daha sonra mövzuya uyğun müxtəlif məntiqi oyunlar oynanıldı. Sonda hər bir şagird müxtəlif meyarlar üzrə qiymətləndirildi.