Azərbaycanlıların soyqırımına həsr olunmuş “Açıq dərs” keçirildi
31 mart 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06.03.2018-ci il tarixili F-122 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 28 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 a sinfində Həcər Əlişovanın Azərbaycan tarixi fənnindən azərbaycanlıların soyqırımına həsr olunmuş “Açıq dərs”i keçirildi. Dərsdə şagirdlər Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini müzakirə etdilər. Şagirdlər soyqırımına həsr olunmuş esselərlə, təqdimatlarla, rəsm əsərləri ilə çıxış etdilər. Sonda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən soyqırım faciələrini qeyd etmək məqsədilə qəbul etdiyi qərar şagirdlərə oxundu.