“Bizim bayramlarımız” mövzüsündə "Açıq dərs" nümayiş etdirmişdir
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 28 yanvar 2018-il tarixdən baslayaraq ‘’Təhsildə İnnovativ texnologiyalar‘’adlı layihə həyata keçirilmişdir. Bu layihənin hesabatı olaraq 14 mart 2018-ci il tarixdə məktəbdə layihədə iştirak edən müəllimlərin təkmilləşməsi istiqamətində hesabat xarakterli silsilə ‘’Açıq dərslər’’ keçirilmişdir. “Açıq dərslər’’ in keçirilməsi məktəbin direktoru Məsimova Zenfira xanımın şəxsən iştirakı ilə olmuşdur. Bu layihədə iştirak edən müəllimlərdən biri də rus bölməsində fəaliyyət göstərən 3 ç sinif rəhbəri Əhmədova Elnarə müəllimə Həyat bilqisi fənnindən “Bizim bayramlarımız” mövzüsündə "Açıq dərs" nümayiş etdirmişdir. Elnarə müəllimə şagirdlərə təqdim etmək üçün maraqlı iş vərəqləri, çox rəngarəng, maraqlı, düşundürən slaydlarla təqdimat hazırlamışdır. Şagirdlər 4 qrupa bölünərək qrupların adlarını da mövzuya uygun bölüşdürmuşdü. Şagirdlərə milli, dini və beynəlxalq bayramlar haqqında ətraflı məlumat verilmişdir. Mövzunun mənimsənilməsini bir daha möhkəmlətmək üçün şagirdlərə maraqlı yaradıcı tapşırıqlar da verildi. Tapşırıqlarda müxtəlif bayramlardan söhbət aparıldı. İbtidai siniflər üzrə metodbirləşmə sədri Bilalova Nüşabə, mentor kimi fəalliyət göstərən İslamova Gülnarə və bir neçə müəllimə də bu dinləmədə iştirak etmişdilər. Dərsin icmalı bir neçə nüsxədə çap olunaraq dinləyicilərə təqdim olunmuşdur.