“Mənim ətrafdakılarla münasibətim” mövzusunda “Açıq dərs” keçirildi

14 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1c sinfində Elnarə Sultanova həyat bilgisi fənnindən “Mənim ətrafdakılarla münasibətim” mövzusunda “Açıq dərs” vermişdir. Dərs Active İnspire proqramında nümayiş edilmişdir. Tədqiqatı aparan qruplar təqdim olunan flipçartlardan bəhrələnərək daha səmərəli iş təqdim etmişlər. Şagirdlər məqsəddən asılı olaraq meyarla qiymətləndirilmişlər. Rəqabəti, fəallığı, nizam-intizamı gücləndirmək üçün nominasiylardan da istifadə olunmuşdur. Təqdimatlardan sonra şagirdlərə yaradıcı iş olaraq pantamimo üsulu ilə qayğı və hörməti əks etdirən səhnələri reallaşdırmaq tapşırılmışdı. Bununla da şagirdlər mövzu ilə bağlı tapşırığı praktik həyata keçirdilər. Dərsin  məqsədi ətrafdakılara hörmət bəsləmək, xəstələrə, qayğıya ehtiyacı olan insanlara isə qayğı ilə yanaşmaq bacarıqlarının yiyələndirilməsi idi.

“Açıq dərs”də məkətbin direktoru Zemfira Məsiyeva, ibtidai siniflər üzrə metodbirləşmə sədri Nüşabə Bilalova, ibtidai sinif müəllimləri Samirə Həsənova, Əntiqə Sultanova,  Günay Musayeva, Təhsildə İnnovativ Texnologiyaların tətbiqi üzrə mentor Gülnarə İslamova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi