“Rəngkarlıq” mövzusunda “Açıq dərs” keçirildi

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3 b sinfində təsviri incəsənət fənnindən “Rəngkarlıq” mövzusunda “Açıq dərs” keçirildi. Dərsi sinif rəhbəri Əntiqə Sultanova tədris edirdi.

Dərs müasir tələblərə uyğun texniki vasitələrlə təchiz olunmuşdu. Şagirdlər onlara verilən vaxtdan düzgün istifadə edərək qrup işlərini ardıcıllıqla yerinə yetirdilər. “Yağlı boya” və “Akvarel”  qrupu akvarellə, “Quaş” və “Fırça” qrupu quaşla işlədilər. Bununla da şagirdlər quaş və akvarellə mənzərə və natrimort janrlarında təsvirlər yaratmaq bacarıqlarına nail olduqlarını nümayiş etdirdilər. Dərsdə quaş və akvarelin fərqli və oxşar cəhətləri Venn diaqramında göstərildi.

Sonda tarixi abidəmiz olan Qobustan qayaları üzərindəki rəsmlərdə qədim insanların təbii boylardan istifadə etməsi vurğulandı. Şagirdlərin dərsdə aktivliyi dərsin bütün mərhələlərində müşahidə olundu. Forma və üsullar məqsədə görə düzgün seçilmişdi. Şagirdlər problemin həllinə müvəffəqiyyətlə nail oldular.

“Açıq dərs”də Tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, ibtidai siniflər üzrə metodbirləşmə sədri Bilalova Nüşabə, ibtidai sinif müəllimləri Rəmziyyə Həbilova, Elnarə Sultanova iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi