“Milli-mənəvi dəyərlərimiz və qloballaşma şəraitində onların mühafizəsi, inkişafı” mövzusunda tədbir keçirilmişdir

“Milli-mənəvi dəyərlərimiz və qloballaşma şəraitindəonların mühafizəsi, inkişafı” mövzusunda tədbir keçirilmişdirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil Nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə Xətai rayonu 171 nömrəli tam orta məktəbdə dekabrın 24 – də “Milli-mənəvi dəyərlərimiz və qloballaşma şəraitində onların mühafizəsi, inkişafı” mövzusunda tədbir keçirilib. Tədbirin keçrilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimiz təbliği, onları böyüməkdə olan gənc nəslə sevdirmək və şagirdlər tərəfindən onların qorunması və inkişafı üçün yollar axtarmaq idi. Tədbirdən əvvəl qonaqlar milli-mənəvi dəyərlərimizə aid təşkil olunmuş sərgiyə baxış keçiriblər.Tədbirə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 148 nömrəli məktəbin açılış mərasimindəki nitqində səslənən məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması müddəaları barədə fikirlərini bildirmişlər. Sonra şagirdlər milli adət və ənənələrimiz, milli abidələrimiz, muğam və xalq mahnıları, milli xalçalarımız, milli geyimlərimiz və milli mətbəximiz barədə müzakirələr aparıblar. Daha sonra qloballaşmanın mahiyyəti və qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin mühafizəsi və inkişafı sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər, həmçinin şagirdlərin internet vasitəsi ilə milli-mənəvi dəyərlərimizin təbligi və mühafizəsi istiqamətində apardığı işlər barədə məlumatlar verilmişdir. Tədbirə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov yekun vurmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi