Nağılda bütövləşən Azərbaycan

14 mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1 A sinfində Azərbaycan dilindən “Açıq dərs” keçirildi. Dərs sinif rəhbəri Bilalova Nüşabə tərəfindən təlim edildi. Dərs müasir təlimin üsul və vasitələrindən istifadə edilməklə aparıldı. Dərsin bütün mərhələləri vaxt bölgüsü baxımından uyğun idi. Vətənpərlik xüsusilə nəzərə çarpırdı. Belə ki dərs başlayanda Azərbaycanın tarix boyu parçalanmış hissələri xəritədə şagirdlərə nümayiş olundu. Həmin adlar altında (Dəmir Qapı Dərbənd, Təbriz, İrəvan, Borçalı, və işğalda olan Qarabağ) şagirdlər kiçik qruplara bölündülər. Qrup tapşırığını əməkdaşlıq edərək yerinə yetirdilər və təqdimat etdilər. Sonda şagirdlər əl - ələ tutaraq birləşdilər. Azərbaycanı da bütövləşdirmlərini və bir bayraq altında birləşdirmələrini qarşılarına məqsəd qoyduqlarını vurğuladılar. Bu məqsədə doğru addımlayacaqlarını özlərinə borc bildiklərini şüar kimi söylədilər və əllərini yuxarı qaldırdılar. Şagirdlərin bu hərəkətləri dərsi dinləyənləri qürurlandırdı.

“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, ibtidai sinif müəllimləri Rəmziyyə Həbilova, Samirə Həsənova, Əntiqə Sultanova, Nataliya Şərifova, Təhsildə İnnovativ Texnologiyaların Tətbiqi üzrə mentor Gülnarə İslamova iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi