Şagirdimiz "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçısı oldu
15.03.2018-ci il tarixdə səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Dilbər Atayeva "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarından biri oldu.
18 mart tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.
Qarşılanma mərasimində gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıldı. Bildirildi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanıtmaqdır.