Uğurlarımız davam edir
Xətai Rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti aparatında, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, elm, təhsil, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar olmuşdur.
Xətai Rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Sonra Razim Məmmədov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayonun fəal qadınları fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırıldılar. Bununla yanaşı tədbirdə iştirak edən qadınların hər birinə hədiyyələr təqdim olundu. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva həmin tədbirdə iştirak etdi və Razim Məmmədov tərəfindən təhsil sahəsində səmərli fəaliyyətinə və 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərmanla təltif olundu.
Tədbirdə iştirak edən qadınlar hər zaman rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdilər və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Müstəqil Azərbaycanımızın dinamik inkişafı, çiçəklənməsi, xoşbəxt gələcəyi naminə fəaliyyətlərini əsirgəməyəcəklərini bildirdilər.