Riyaziyyat fənnindən “Açıq dərs” keçirildi

28 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məhəbbət Xudiyeva 3 a sinfində riyaziyyat fənnindən “Açıq dərs” verdi. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdu.  “Açıq dərs”də müəllim şagirdləri kollektiv, qruplarla və fərdi olaraq işlətdi. Kütlə vahidlərinə aid çoxlu məsələlər həll olundu. Məsələlərin həlli prometan lövhədə aparıldı. Qruplara bölünən şagirdlər qrup işini bitirdikdən sonra hər qrupun lideri təqdimat etdi. Müzakirələrdə büntün sinif şagirdləri fəallıq göstərdi. “Açıq dərs” Ana dili fənninə inteqrasiya olundu.

“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, Tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, ibtidai sinif müəllimləri Əntiqə Sultanova, Rəmziyyə Həbilova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi