Ümumdünya Mülki Müdafiə Günü geniş qeyd edildi
1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
1 Mart 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirildi. Məktəbin direktoru Zemfira Məsiyeva böyük akt zalına toplaşan 8,9,10 və 11-ci sinif şagirdlərini və müəllimləri tədbirlə bağlı məlumatlandırdı. Məktəbin hərbi rəhbəri Azər Xankişiyev 1 Mart Mülkü Müdafiə Günü haqqında məlumat verdi. Xətai Rayon Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rəfail Musayev Mülkü Müdafiə Günü və fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə tədbir iştirakçılarını məlumatlandırdı. Mövzu ilə bağlı videoçarxlar nümayiş olundu.
Şagirdləri və müəllimləri əyani surətdə fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olduğunu nümayiş etdirmək üçün həyəcan siqnalı verildi. Məktəbin bütün işçi və şagird heyəti təxliyyə planına əsasən məktəbin həyətinə çıxarıldı. Orada tədbir iştirakçıları baş vermiş hadisə ilə bağlı bir daha məlumatlandırıldı. 11-ci sinif şagirdlərinin hazırladıqları fəlakət zamanı baş verəcək təhlükəli halların səhnələşdirilmiş təlim forması nümayiş olundu.
Tədbirdə Bakı Regional Mərkəzinin baş zabiti mayor Rauf Şıxəliyev, Xətai rayon Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rəfail Musayev, Mülki Müdafiə İdarəsinin kəşfiyyat bölməsinin rəis müavini baş leytenant Osman Məmmədli, Mülki Müdafiə İdarəsinin Mülki Müdafiə işinin təşkili şöbəsinin əməkdaşı Leyla xanım, valideynlər iştirak etdilər.