Müharibə veteranlari ilə görüş keçirildi

27 fevral 2018-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Narahat ürəklər” təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş Qarabağ müharibəsi veteranları ilə görüş təşkil olindu. Görüşdə məktəbin 5, 6, 7-ci sinif şagirdləri iştirak etdilər. Veteranlar keçdikləri döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verdilər. İbtidai sinif müəllimi Məlahət Mehdiyevanın təşkilatçılığı ilə hazırlanmış anım tədbiri iştirakçılara təqdim olundu. Tədbirin sonunda Barat Orucovun, məktəbin IX sinif şagirdi, “Narahat ürəklər” təşkilatının sədri Xəlil Küləkçinin təşkilatçılığı ilə məktəbdə şagirdlər arasında keçirilən futbol və şahmat yarışlarının qalibləri diplomlarla təltif olundu.