Dördüncülərin ziyarəti təşkil olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4 b sinif rəhbəri Günay Musayeva öz şagirdləri ilə birlikdə Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət etdilər, abidənin önünə tər qərənfillər düzdülər.