Coğrafiya fənnindən “Açıq dərs” keçirildi
28 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Afət Osmanovanın 7 a sinfində “Azərbaycan Respublikasının çayları və gölləri” mövzusunda “Açıq dərs”i oldu. "Açıq dərs"i keçirməkdə məqsəd Azərbaycan çaylarını və göllərini coğrafi mövqeyinə görə, göllərini axarlı və axarsız olmasına görə qruplaşdırmaq, Respublikanın çay və göllərini xəritə üzərində göstərmək bacarığını yoxlamaq olmuşdur. “Açıq dərs”in iş forması kollektiv, fərdi və qruplarla iş olmuşdur. Dərsin gedişatına uyğun olaraq Afət Osmanova Azərbaycan tarixi, ədəbiyyat və musiqi fənnlərinə inteqrasiya etmiş, Azərbaycanın fiziki xəritəsi, qlobus, dərslik, atlas resurslarından istifadə etmişdir. Qruplara bölünən şagirdlər mövzu ətrafında fikir mübadiləsi apararaq təqdimatlarını nümayiş etdirdilər. Təqdimatlar ətrafında müzakirələr apardılar. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdu.