Şagirdlərin abidəyə ziyarəti təşkil olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4 a sinif rəhbəri Samirə Həsənova öz şagirdləri ilə birlikdə Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət etdilər, abidənin önünə tər qərənfillər düzdülər. Şagirdlər Xocalı soyqırımını unutmayacaqlarını və bu qisasın yerdə qalmayacağını bildirdilər.