IX sinifdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9 c sinfində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər Xocalı soyqırımı haqqında ətraflı məlumat verdilər. Xocalı soyqırımına həsr olunmuş təqdimat nümayiş etdirdilər, çəkidikləri şəkilləri göstərdilər.
Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, sinif rəhbəri Gülnarə Məmmədova, müəllimlər Nüşanə Bilalova və Səyyarə Hacıyeva iştirak edirdilər.