Rus bölməsinin şagirdləri anım tədbiri keçirdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5ç sinfində Xocalı soyqırımına həsr olunmuş sinif guşəsinin önündə şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər, topladıqları məlumatları sinif yoldaşları ilə bölüşdülər. Sinif rəhbəri Arifə Həsənova Xocalı soyqırımı haqqında məlumat verdi. Məktəbin direktoru Zemfira Məsiyeva Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliyi, ermənilərin soydaşlarımıza verdiyi zülümdən danışdı. O, şagirdləri Xocalı soyqırımını heç vaxt unutmamağa çağırdi və bunun üçün dərslərini yaxşı oxumağı, tariximizi dərindən öyrənməyi tövsiyyə etdi.