“Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən fevral ayının əvvəlindən başlayaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin 6-10-cu sinifləri iştirak edirdilər. Şagirdlər kompüterin imkanlarından istifadə edərək Xocalı soyqırımı haqqında internetdən ətraflı məlumat, şəkil, videoçarx toplayaraq təqdimat düzəltmişdilər. Bununla da şagirdlər Xocalı soyqırımı haqqında daha ətraflı məlumatlar əldə etdilər, erməni vəhşilini əks etdirən şəkillər topladılar, erməni zülmünü nümayış etdirən videoçarxlar toplayaraq hazırladıqları təqdimatlarda istifadə etdilər. Onlar Xocalı soyqırımını heç vaxt unutmayacqalarını, unutdurmayacaqlarını bildirdilər.