Rəsm müsabiqəsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən fevral ayının əvvəlindən başlayaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi təşkil edildi. Məktəbin bütün sinifləri üzrə şagirdlərin çəkdiyi şəkillərdə Xocalı soyqırımında erməni vəhşiliyi, erməni zülmü öz əksini tapmışdır. Müsabiqə qalibləri mükafatlandırılıacaq.