Məktəb üzrə divar qəzetləri hazırlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən fevral ayının əvvəlindən başlayaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri hazırlandı. Siniflər üzrə şagirdlərin hazırladıqları divar qəzetləri dəhlizlərdə ayrılmış xüsusi yerlərdə asıldı. Divar qəzetlərində şagirdlər Xocalı soyqırımı barədə məlumatlar, şəkillər yerləşdirmişdilər. Bununla da şagirdlər erməni vəhşiliklərini unutmadıqlarını, Xocalı soyqırımını unutmayacaqlarını bildirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi