İbtidai siniflərdə ilk dərslər Xocalı soyqırımına həsr olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən 26 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olundu. İbtidai sinif müəllimləri soyqırım haqqında şagirdlərə ətraflı məlumat verdilər. İbtidai sinif şagirdləri Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər. Xocalı soyqırımını unutmayacaqlarını bildirdilər.