Yuxarı siniflərdə ilk dərslər Xocalı soyqırımına həsr olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən 26 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olundu. Məktəbin böyük akt zalına toplaşan müəllim və şagird kollektivi qarşısında çıxış edən məktəbin direktoru Zemfira Məsiyeva Xocalı soyqırmı haqqında məlumat verdi. Xocalı soyqırımının XX əsrin ən dəhşətli və faciəvi soyqırımı olduğunu bildirdi. 1 dəqiqəlik süktla torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda və Xocalı soyqırımında şəhid olmuş oğul və qızlarımızın xatirəsi yad edildi. Bundan sonra məktəbin birinci növbəsində təhsil alan 8, 9, 10 və 11-ci, ikinci növbəsində təhsil alan 5, 6, 7-ci sinif şagirdlərinə Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” adlı qısametrajlı film nümayiş etdirildi. Şagirdlərimizin Xocalı soyqırımın dünyada tanıdılması üçün hazırladıqları müraciət videoçarx vasitəsilə təqdim olundu. Sonra “Cocuq Mərcanlıya tarixi qayıdış” adlı videoçarx nümayiş etdirildi. Tədbirdə “Ya Qarabağ, ya ölüm” şüarı səsləndi. Tədbir şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi