"Beynəlxalq Ana dili Günü" münasibətilə tədbir keçirildi

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında fevralın 21-ni “Beynəlxalq Ana dili Günü” elan edib.

Ana dilinin məktəblilərin milli-mənəvi dəyərlərinin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, öz soydaşıları ilə ünsiyyət qurmasında və mükəmməl təhsil almasında mühüm rolunu nəzərə alaraq Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir təşkil edilmışdır. Tədbirdə məktəbin rus bölməsinin 1e, 1d və 1ç sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi və valideynlər iştirak edirdilər. Tədbirin təşkilatçıları Zülfiyyə İbrahimova, Nataliya Şərifova və Mirtəqavi Aybəniz olmuşdur. Rus bölməsinin şagirdlərinin Azərbaycan dilində Ana dilinə, Vətənə, müəllimlərə hərs olunmuş şeirlər söyləmələri, Azərbaycan haqqında mahnılar oxumaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi