Həyat bilgisi fənnindən “Açıq dərs” keçirildi

21 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3 a sinfində İradə Məmmədovanın həyat bilgisi fənnindən “Açıq dərs”i keçirildi. Müstəqil Azərbaycan mövzusu olan dərs ilk olaraq Azərbaycanın Dövlət Rəmzləri ilə bağlı çəkilmiş kliplə başladı. Dərs müasir tələblərə uyğun qurulmuşdur. Şagirdlər qruplara bölünmüşdür.  Onlara verilmiş tapşırıqları qrup şəklində hazırladılar. Hazır olmuş işləri hər qrupdan bir nəfər olmaqla təqdim etdilər.  Dərs verilən tələblərə uyğun keçirildi.

“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, ibtidai siniflər üzrə metodbirləşmə sədri Nüşabə Bilalova, ibtidai sinif müəllimləri Rəmziyyə Həbilova və Məhəbbət Xudiyeva iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi