Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş şahmat yarışı keçirilir
23 fevral 2018 – ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şahmat otağında Xocalı soyqırımının 26-ci ildönümü münasibətilə 5-10-cu siniflər arasında şahmat yarışı təşkil olundu. Yarışın təşkilatçısı məktəbin fiziki tərbiyə müəllimi Barat Orucovdur. Nəzarətçilər fiziki tərbiyə müəllimləri Sahib Abbasov, Elnurə Zeynalova və Valentina Nəzərovadır. Şahmat yarışında məktəbin 65 şagird iştirak edir. Yarış 3 gün davam edəcək. 26 fevralda final oyunu keçiriləcək. Qaliblər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılacaq.