Məktəbimizin komandası I yer tutdu
23 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən 26 fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Mahir nişançı” adlı güllə atıcılğı turniri keçirildi. Yarışda Bakı şəhərinin 11 rayonundan müxtəlif məktəblər iştirak edirdi. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin komandası bu yarışda I yer tutduğuna görə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfində diplomla təltif olundu. Bu münasibətlə komandamızı təbrik edirik.