“Ana Dili Günü” qeyd edildi

1999-cu ildən 21 fevral tarixi YUNESKO tərəfindən  “Beynəlxalq Ana Dili Günü”  elan olunub. YUNESKO hər il olduğu kimi 2018-ci ildə də 21 fevral tarixinin  beynəlxalq və yerli səviyyələrdə keçirilən tədbirlər vasitəsilə qeyd olunmasını məqsədəuyğun hesab edib.

Ana dilinin məktəblilərin milli-mənəvi dəyərlərinin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında və mükəmməl təhsil almasında  mühüm rolunu  nəzərə alaraq Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  20 fevral 2018-ci il tarixində pedaqoji və şagird kollektivinin  iştirakı ilə “Beynəlxalq Ana Dili Günü”nə  həsr  olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin rus bölməsinin 3d və 3ç sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi və valideynlər iştirak etdilər. Tədbirin təşkilatçıları Sevda Nağıyeva, Elnarə Əhmədova olmuşdur. Tədbirdə şagirdlər Azərbaycan dilində “Ana Dili Günü”nə həsr olunmuş şeir söyləmiş, mahnılar ifa etmişlər. Milli nağıllar əsasında hazırlanmış kiçik səhnəciklər nümayiş etdirilmişdir. 3ç sinfinin şagirdi balaca Fatimənin milli rəqsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi