“Mahir nişançı” güllə atıcılığı yarışı keçirildi
16 – 17 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tir otağında Xətai rayonu Gənclər və İdman İdarəsnin təşkilatçılığı ilə Xətai rayonu məktəbləri arasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirildi. Yarışda 4 oğlan, 2 qız olmaqla 37 məktəbdən 10 və 11 ci sinif şagirdlərindən ibarət komandalar iştirak etdilər. İki gün davam edən yarışın nəticələrinə görə 37 məktəb arasında 156 xalla I yerə məktəbimizin komandası, 135 xalla II yerə 269 nömrəli tam orta məktəbin komandası, 119 xalla III yerə 263 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür.
23 fevral 2018-ci il tarixində Bakı məktəbləri arasında Bakı birinciliyi keçiriləcək. Məktəbimizin komandası Bakı birinciliyinə iştirak edəcək. Komandamıza bu yarışda uğurlar arzulayırıq.