“Milli qoruqlar, milli parklar” mövzusunda təbiətə ekskursiya

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9 a sinif şagirdləri 16 fevral 2018-ci il tarixində “Milli qoruqlar, milli parklar” mövzusunda məktəbin yaxınlığında yerləşən Heydər Əliyev parkına ekskursiya  təşkil etdilər. Ekskursiyanı məktəbin coğrafiya müəllimi Təranə Əzizova təşkil etmişdi. Proqrama uyğun olan mövzu üzrə şagirdlər layihə hazırlamışdılar. Hər bir şagirdin layihəsi dinlənildi, müzakirə olundu. Müəllim və şagirdlər arasında aparılan müzakirələrdə parkların yaranması, əhəmiyyəti, insan həyatında rolu və milli qoruqların yaradılması məqsədi haqqında danışıldı. Şagirdlərə həmçinin Azərbaycanda yerləşən milli parklar, dövlət qoruqlarımız haqqında geniş məlumat verildi. Şagirdlərin çıxışlarından sonra hazırladıqları layihələr meyarlara uyğun qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi