Şagirdlər və valideynlərlə görüş

14.02.2018-ci il tarixində məktəbimizdə 6-cı siniflərin qızları ilə “ Yeniyetməlik, yeniyetməlikdə necə davranılmalı, yeniyetməlikdə nə baş verərsə bu bizim üçün təhlükə siqnalıdır, biz problemlərimizi vaxtında və kiminlə bölüşməliyik “ mövzusunda söhbət keçirildi. Söhbəti şirkət tərəfindən təyin olunmuş mütəxəssis və məktəbimizin tibb bacısı apardı. Valideynlərin də iştirak etdiyi bu görüş qarşılıqlı mübadilə şəklində təşkil edilmişdi. Məqsəd ana - qız münasibətlərində doğru istiqaməti təyin etməkdə, düzgün yanaşma tərzi seçməkdə onlara kömək etmək idi.

Şagirdləri və valideynləri maraqlandıran suallar mütəxəssis və tibb bacısı  tərəfindən cavablandırılıdı. Valideynlər bu cür görüşlərin keçirilməsində köməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, onları narahat edən suallara bu gün ətraflı cavab aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi