İlk dərslər 20 Yanvar faciəsinə həsr edildi
Azərbaycan Respublikası təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininin “20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümünün qeyd edilməsi barədə” 04.01.2018-ci il tarixili, 10 nömrəli əmrini, "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 17 yanvar 2018-ci il tarixli, F22 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbədə ilk dərslər 20 Yanvar faciəsinə həsr olundu.
İkinci növbədə ilk dərs məktəbin böyük akt zalında 5, 6 və 7-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi. İlk olaraq məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi.
20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu. Sonra çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmamverdiyeva 20 Yanvar faciəsi haqqında gördüklərini, fikirlərini bildirdi.
Məktəblilər 20 Yanvar faciəsinə, müstəqilliyimiz və torpaqlarımız uğurunda canlarını qurban vermiş şəhidlərə, vətənpərvərliyə həsr olunmuş şeirlər söylədilər.
Sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.