I və IV siniflərdə böyük summativ qiymətləndirmə keçirildi
19 yanvar 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə I və IV siniflərdə böyük summativ qiymətləndirmə keçirildi. Qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən təyin olunmuş komissiya və sinif rəhbərlərinin iştirakı ilə keçirildi. Suallar I yarımilin materialları əsasında 20% asan, 30% orta, 30% orta çətin, 20% çətinlik dərəcəsində idi. Suallar məktəbin fənn müəllimləri tərəfindən hazırlanmışdı. Nəticələr yaxın günlərdə açıqlanacaq. Böyük summativ qiymətləndirmənin nəticələri pedaqoji şuranın növbəti iclasında müzakirə olunacaq.