İlk dərslər 20 Yanvar faciəsinə həsr edildi

Azərbaycan Respublikası təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininin “20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümünün qeyd edilməsi barədə” 04.01.2018-ci il tarixili, 10 nömrəli əmrini, 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 17 yanvar 2018-ci il tarixli, F22 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbədə ilk dərslər 20 Yanvar faciəsinə həsr olundu.
İlk dərs məktəbin böyük akt zalında 8, 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi. İlk olaraq məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. O, qeyd etdi ki, həmin hadisələri yaşayan bir Azərbaycanlı kimi o da hər il bu tarixi ürək ağrısı ilə yaşayır. O, bu hadisəni xalqımızın yaddaşında qazanılmış ən qanlı faciələrdən biri olduğunu bildirdi. O keçmiş Sovet İmperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olduqlarına və hər birimiz üçün nümunə təşkil etdiklərini vurğuladı. Bu cür qəddarlıq və vəhşiliklərin XX əsrin sonunda dünyanın gözü qarşısında baş verdiyini, əliyalın, dinc mülki əhalinin kütləvi qətliyama məruz qaldığını dedi.
20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu. Sonra çıxış edən məktəbin gənclərin çağırışaqədərki hazırlığı müəllimi Azər Xankişiyiev, məktəbin Həmkarlar Təşkilatı sədri Südabə Səmədova, məktəbin rus dili və ədəbiyyatı müəllimi Nazirə Kərimova 20 yanvar faciəsi haqqında gördüklərini, fikirlərini bildirdilər. Məktəbin 11 a sinif şagirdi Zakir Şahmalıyev 20 Yanvar faciəsi ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.